AZ

"Rəqsanə və əri ilə görüşüb şəxsən pul vermişəm" - VİDEO

"Rəqsanə və əri ilə görüşüb şəxsən pul vermişəm" - VİDEOBir neçə gün əvvəl müğənni Rəqsanə İsmayılova dələduzluq faktına görə həbs edilib. Müğənni Rəqsanə İsmayılovadan şikayətçi olan Gündüz Məmmədov videomüraciət yayıb.

Milli.Az xəbər verir ki, Lent.az-a daxil olan videomüraciətdə şikayətçi Rəqsanə İsmayılovanın və onun həyat yoldaşı Fazil Əmiraslanovun onu necə aldatdıqlarından danışıb:

"2022-ci ildə mənim qayınatamın miqrasiya problemləri var idi. Bu zaman Rəqsanə İsmayılova və onun həyat yoldaşı Fazil Əmiraslanov bizə müraciət edərək bu problemi həll edə biləcəklərini dedilər. Onlar bildirdilər ki, Rusiyanın hüquq-mühafizə orqanlarında onların yaxın adamları var və onlar bu adamların vasitəsilə problemi həll edəcəklər. Qayınatamın miqrasiya problemini həll etmək üçün biz onlara 520 min dollar pul verdik. Pulu şəxsən mən özüm onlara təqdim etmişəm. Pulu onlara verməyimə dair əlimdə əsaslı sübutlar da var".

[/youtube]

Seçilən
35
30
sonxeber.az

10Mənbələr