AZ

Xərçəngin erkən aşkarlanması

Saglamolun saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ARAŞDIRMA Arıqlamağa kömək edən bakteriya aşkar edilib.Danimarkanın Kopenhag Universitetində aparılan yeni araşdırma çərçivəsində alimlər bağırsaqda olan və arıqlama prosesinə təsir edən xüsusi bakteriya növünü aşkar edib. Bu bakteriya orqanizmdə iki xüsusi zülal istehsal edir ki, onların da çəkiyə birbaşa təsir etdiyi müəyyən olunub.Tədqiqat zamanı siçanlar üzərində aparılan sınaqlarda bu bakteriyalar və onların istehsal etdiyi zülallar verilən heyvanların artıq çəki yığmadığı müşahidə edilib. Bundan əlavə, həmin siçanlarda şəkər səviyyəsinin azaldığı və sümük sıxlığının artdığı qeyd olunub.Alimlər eyni bakteriyaların insan orqanizmində də rolunu araşdırıb və məlum olub ki, bu bakteriyaların çox olduğu şəxslər daha arıq olur. Tədqiqatçılar ümid edir ki, bu kəşf gələcəkdə artıq çəki və şəkərli diabet kimi problemlərin müalicəsi üçün effektiv dərmanların hazırlanmasına səbəb olacaq.

Saglamolun.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
saglamolun.az

1Mənbələr