AZ

Pul yığmağınıza kömək olan 10 MƏSLƏHƏT

Mütəxəssislər pul yığımına münasibəti dəyişə biləcək qaydaları açıqlayıblar.

Ölkə.az Lent.az-a istinadən xəbər verir ki, müasir, sürətlə dəyişən dünyada kənara pul qoymaq həqiqətən də asan deyil. Lakin maliyyə vərdişlərimizin arxasında duran psixoloji mexanizmləri başa düşsək, elə bir davranış tərzi formalaşdırmaq olar ki, yığım prosesi təbii, rahat və hətta zövqverici olsun.

Pul yığımına münasibəti dəyişə biləcək on psixoloji yanaşmadan ikisi belədir:

1. Mental mühasibatlıq
Biz çox vaxt pulu zehni olaraq müxtəlif kateqoriyalara bölürük və bu, qərarlarımıza birbaşa təsir edir. Bu effekti şüurlu şəkildə istifadə edin: yığım hesablarınıza arzular və məqsədlərlə bağlı konkret adlar verin. Məsələn, sadəcə “Yığım hesabı” əvəzinə “Dəniz kənarında ev” və ya “Səyahət fondu” adını qoyun. Belə olduqda, həmin vəsaitlər dəyərli bir məqsədin hissəsi kimi qəbul ediləcək və düşünülməmiş xərclərdən daha yaxşı qorunacaq.

2. Vizual xatırlatmalar
Beynimiz çox vaxt gələcək fayda əvəzinə ani zövqü seçir. Bununla mübarizə aparmaq üçün hədəflərinizi göz önündə saxlayın: istirahət etmək istədiyiniz məkanın şəklini asın, telefon fonunu dəyişin və ya arzular lövhəsi yaradın. Hər dəfə həmin şəkilə baxmaq pul toplamaq iradənizi gücləndirəcək.

3. Yığım — özünə qayğı kimi
Çox vaxt bizə elə gəlir ki, pul xərcləmədikdə özümüzü zövqlərdən məhrum edirik. Amma qənaəti gələcəyimizə qoyulan sərmayə kimi qəbul etsək, bu, özünə dəstək forması olur. “Mən özümü məhrum edirəm” fikrini “Mən sabahkı özümə qayğı göstərirəm” yanaşması ilə əvəzləmək motivasiyanı gücləndirir.

4. Avtomatlaşdırma
Seçim imkanını minimuma endirmək ən yaxşı yoldur. Maaş günündə gəlirinizin bir hissəsini avtomatik olaraq yığım hesabına yönləndirin. Bu üsul pulu düşünmədən toplamağa və alışqanlıq formalaşdırmağa imkan verir.

5. Kiçik addımlar
Əvvəlki cəhdlər uğursuz olubsa, kiçik məbləğlərdən başlayın — məsələn, həftədə 5 və ya 10 dollar. Kiçik uğurlar inamı artıracaq və yavaş-yavaş yığımlarınızı böyütməyə kömək edəcək.

6. Proqresin izlənməsi
Nəticəni görmək motivasiya verir. Yığımlarınızı mobil tətbiqdə, cədvəldə və ya kağız üzərində izləyin. Artımı vizual olaraq görmək beynin mükafat sistemini işə salır və davam etmək istəyini artırır.

7. Nəğd pulla nəzarət
Nağd pul xərcləmək kartdan daha çətindir. Şəxsi xərcləriniz üçün müəyyən məbləği nağd ayırın. Bu zaman hər alış-veriş barədə daha çox düşünəcək, impulsiv xərcləri azaldacaqsınız.

8. Zövqü təxirə salmaq bacarığı

Planlaşdırılmamış alış-verişdən əvvəl “24 saat qaydasını” tətbiq edin. Çox vaxt xərcləmək arzusu keçəcək, amma pullar qənaətdə qalacaq. Bu bacarıq təkcə maliyyədə deyil, həm də həyatdakı digər qərarların qəbulunda faydalıdır.

9. Oyunlaşdırma

Qənaəti oyuna çevirin: “alış-verişsiz həftə” təşkil edin, xırda pulları yığın, xal və səviyyələr sistemi olan tətbiqlərdən istifadə edin, dostlarınızla yarışın. Oyun elementi prosesi daha maraqlı edir və vərdişi möhkəmləndirməyə kömək edir.

10. Hesabatlılıq

Dostunuz və ya yaxınınızla razılaşın ki, irəliləyişinizi müzakirə edəcəksiniz. Məqsədləriniz başqalarına məlum olduqda, yoldan çıxmamaq üçün əlavə motivasiya yaranır.

Beləliklə, psixologiyaya əsaslanaraq, qənaəti məhrumiyyət kimi deyil, gələcəyə qayğı və daxili məmnuniyyət mənbəyi kimi vərdiş halına salmaq mümkündür

Seçilən
43
3
olke.az

4Mənbələr