AZ

Azərbaycan Premyer Liqasında 10 il sonra ilk

Premyer Liqanın 2025/26 mövsümünün startı heç-heçələrlə zəngin olub.

Sportinfo.az xəbər verir ki, 1-ci turun baş tutan 5 oyununda üçü sülhlə nəticələnib.

“Karvan-Yevlax” – “Qəbələ”, “Neftçi” – “Şamaxı” və “Zirə” – “Araz-Naxçıvan” görüşlərində eyni – 1:1 hesabı qeydə alınıb. Start turunda üç heç-heçəyə təsadüf olunması son mövsümdə ilk dəfə yaşanıb.

Sonuncu dəfə 2015/16 mövsümündə ilk turda 3 bərabərlik olub. Həmin vaxt da 5 matç baş tutub.

Startda daha çox heç-heçəyə sonuncu dəfə 2012/13 mövsümündə təsadüf olunub. Həmin vaxt 5 görüşün dördündə qalib müəyyənləşməyib.

Cari mövsümün I turunun keçirilən 5 oyununda 10 qol vurulub. Orta məhsuldarlığın 2,00-yə bərabər olması son 5 mövsümün startında ən aşağı göstəricidir. Sonuncu dəfə 2020/21 mövsümündə bu rəqəm 2,00 olub.

Seçilən
15
sportinfo.az

1Mənbələr