AZ

ÇL: “Fənərbaxça” öz meydanında “Benfika” ilə heç-heçə edib

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin növbəti oyunları keçirilib.

Bakues.az xəbər verir ki, ilk matçlara 4 qarşılaşma ilə yekun vurulub.

“Fənərbaxça” “Benfika”nı qəbul edib. İstanbulda keçirilən görüş saat 23:00-da start götürüb.

Oyunda qalib müəyyənləşməyib. Matç 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Günün digər matçında isə “Bodo Qlimt” öz meydanında “Şturm”u 5 cavabsız qolla məğlub etməyi bacarıb – 5:0.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

20 avqust

23:00. “Fənərbaxça” (Türkiyə) – “Benfika” (Portuqaliya) 0:0

23:00. “Bazel” (İsveçrə) – “Kopenhagen” (Danimarka) 1:1

23:00. “Seltik” (Şotlandiya) – “Kayrat” (Qazaxıstan) 0:0

23:00. “Bodo Qlimt” (Norveç) – “Şturm” (Avstriya) 5:0

Qeyd edək ki, pley-off mərhələsinin cavab oyunları avqustun 26-27-də keçiriləcək.

Seçilən
24
4
icma.az

5Mənbələr