AZ

Adəm Məmmədovun vəkillik fəaliyyətinə xitam verildi

Həbsdə olan vəkil Adəm Məmmədovun vəkillik fəaliyyətinə xitam verilib.

 

Senzor.az bildirir ki, bu barədə qərar Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin bu gün keçirilən iclasında qəbul olunub. 

 

VK-nın məlumatında bildirilib ki, vəkilin fəaliyyətinə məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən xitam verilib.

 

Xatırladaq ki, Adəm Məmmədov bu il martın 5-də həbs edilib. Bununla bağlı Nərimanov Rayon Məhkəməsi qərar verib.

 

Adəm Məmmədov vəkil Ceyhun Yusifovun iddiası əsasında Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Bundan başqa, məhkəmə C. Yusifovun müraciəti əsasında A. Məmmədovun qardaşı Xəyyam Məmmədovu 6 ay müddətinə islah işləri cəzasına məhkum edib.

 

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 27 yanvar tarixli qərarı ilə Adəm Məmmədovun fəaliyyəti 3 ay müddətinə, vəkil Ceyhun Yusifovun fəaliyyəti isə 27.11.2024 tarixdən 1 illik dayandırılmışdı.

 

Bakı Apellyasiya Məhkəməsi Adəm Məmmədovla bağlı qərarı qüvvədə saxlayıb.

Seçilən
10
5
senzor.az

6Mənbələr