Ajans.az xəbər verir ki, bu barədə bəyanat hərəkatın "Telegram" kanalında dərc edilib. "İsraili Fələstin xalqına qarşı məhvetmə müharibəsini dayandırmağa məcbur etmək üçün vasitəçiləri bu ölkəyə maksimum təzyiq göstərməyə çağırırıq", - bəyanatda deyilir.
Onlar bəyan ediblər ki, İsrail Qəzzanı ələ keçirmək üçün əməliyyata başlamaqla atəşkəs danışıqları çərçivəsində vasitəçilər tərəfindən göstərilən səylərə etinasızlıq göstərir.