AZ

Rəsmi Kiyev Rusiya ilə ərazi məsələlərini müzakirə etmək üçün şərtlərini açıqlayıb

Kiyev Moskva ilə sülh məsələlərinin müzakirəsini təhlükəsizlik zəmanətləri müəyyən olunana qədər mənasız hesab edir.

"Report"un məlumatına görə, bu barədə Ukrayna Prezidenti ofisinin müavini İqor Jovkva "Rada" telekanalına müsahibəsində bildirib.

"Təhlükəsizlik zəmanətləri olmadan, Avropa və ABŞ-dəki tərəfdaşlarımız tərəfindən Ukrayna və bütün Avropa qitəsi üçün bu zəmanətlərin nə olduğunu aydın başa düşmədən, hamının danışdığı davamlı sülhün qurulması üçün danışıqlar prosesi çərçivəsində digər məsələlər barədə danışmağın mənası yoxdur", - deyə o bildirib.

O həmçinin vurğulayıb ki, Kiyevə verilən zəmanətlər həm hərbi, həm də siyasi xarakter daşımalıdır, buraya Ukraynanın indiki sayda ordusunu saxlaması və respublikanın Avropa İttifaqına üzvlüyü də daxildir.
Seçilən
27
3
sherg.az

4Mənbələr