AZ

Ukrayna şərtlərini AÇIQLADI – “Bunlar olmasa, danışıqlar mənasızdır”

“Ukrayna təhlükəsizlik təminatları müəyyənləşmədən Rusiya ilə sülh danışıqlarını mənasız hesab edir”. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini İhor Jovkva “Rada” telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, həm Ukraynanın, həm də Avropa və ABŞ-ın Kiyevə hansı təminatların veriləcəyinə dair aydın anlayışı olmadan davamlı sülh barədə danışıqlar aparmaq mümkün deyil.

Jovkva qeyd edib ki, Ukraynaya veriləcək təminatlar hərbi və siyasi xarakter daşımalı, hazırkı sayda ordunun saxlanılmasını və Avropa İttifaqına üzvlüyü nəzərdə tutmalıdır.

Eyni zamanda, o, Kiyevin Avropa ölkələrinin hərbi kontingentlərinin Ukrayna ərazisində yerləşdirilməsini gözləyib-gözləmədiyini dəqiqləşdirməyib.

Bizim.Media 

Seçilən
19
2
bizim.media

3Mənbələr