AZ

Solaxaylar üçün yeni xəbərdarlıq: Böyük risk var

  Dünya əhalisinin təxminən 10 faizini təşkil edən solaxay insanlar gündəlik həyatda fərqlilikləri ilə seçilir. Lakin son elmi araşdırmalar onların müəyyən sağlamlıq problemlərinə daha həssas ola biləcəyini göstərir.

Referans  xəbər verir ki, 2025-ci ildə Brain: A Journal of Neurology jurnalında dərc edilən tədqiqat solaxaylıqla autizm və şizofreniya arasında statistik əlaqə olduğunu üzə çıxarıb. Ən maraqlısı isə həm sağ, həm də sol əlini istifadə edən - ambidekströz insanlarda bu riskin daha qabarıq görünməsidir.

Dil bacarıqları ilə bağlı çətinlik

2023-cü ildə "Laterality: Asymmetries of Body, Brain and Cognition" jurnalında yayımlanan başqa bir araşdırma isə solaxayların disleksiya kimi dil əsaslı öyrənmə pozuntularına daha çox meyilli ola biləcəyini göstərib. Mütəxəssislərə görə, bu, beynin dil mərkəzlərinin fərqli işləməsi ilə bağlıdır.

Genetik faktorlar diqqət çəkir

 
2024-cü ildə "Nature Communications" jurnalında dərc olunan araşdırmada isə TUBB4B geninin solaxaylıqla əlaqəli ola biləcəyi müəyyən edilib. Bu gen beyin hüceyrələrinin formalaşması və istiqamətlənməsində mühüm rol oynayır və solaxay insanlarda bu genin variantına daha çox rast gəlinir.

Mütəxəssislərin mövqeyi

Alimlər vurğulayırlar ki, bu nəticələr solaxaylarda bəzi xəstəliklərə qarşı riskin arta biləcəyini göstərsə də, bu fakt özü-özlüyündə xəstəlik demək deyil. Sadəcə müəyyən hallarda solaxaylıq, müəyyən pozuntulara qarşı əlavə həssaslıq faktoru ola bilər. (E-saglam.az)  

Seçilən
40
5
referans.az

6Mənbələr