AZ

Tarixdə bu gün – 21 Avqust

BAKI, TurkicWorld, Zeynəb Raminqızı

Avqustun 20-də Azərbaycan Respublikasının Dominikan Respublikasındakı səfiri Ruslan Rzayev etimadnaməsini Dominikan Respublikasının Prezidenti Luis Abinaderə təqdim edib.

Azərbaycanın Dominikan Respublikasındakı Səfirliyindən TurkicWorld-ə verilən məlumata görə, Dominikan Respublikasının Prezidenti ilə söhbət zamanı səfir R.Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Dominikan Respublikasının Prezidenti Luis Abinaderə çatdırıb. Dövlət başçısının salamlarına görə, minnətdarlığını bildirən Dominikan Respublikasının Prezidenti öz növbəsində, onun da salamlarını Azərbaycan Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.

Görüş əsnasında iki ölkə arasında müxtəlif istiqamətlərdə əlaqələrin inkişafı üçün geniş imkanların mövcud olduğu vurğulanıb, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd edilib, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
68
15
turkic.world

10Mənbələr