Avqustun 20-də saat 18:30 radələrindən başlayaraq zəhərlənmə şübhəsilə 20 nəfər (13-ü qadındır) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə yerləşdirilib.
Yenisabah.az xəbər verir ki, onlardan 9-u azyaşlıdır.
Sonradan 15 nəfər ambulator müalicə üçün evə buraxılıb. 5 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir. Onların vəziyyətləri qənaətbəxş qiymətləndirilir. pizza sifarişi
Qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilənlərlə bağlı araşdırma aparılır.
Telegram kanalımız