AZ

Dünyayaca məşhur "xalq hakimi" öldü

ABŞ-nin və dünyanın ən tanınmış hakimlərindən biri olan Frank Kaprio 88 yaşında dünyasını dəyişib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, təxminən 40 il Rod-Aylend ştatının Providens Bələdiyyə Məhkəməsində işləyən və "Providensdə Tutuldu" adlı televiziya proqramı ilə dünya miqyasında tanınan hakim Frank Kaprionun ölümünü oğlu elan edib.

O, xüsusilə məhkəməyə gələn və əfvlə nəticələnən vətəndaşların hekayələrini dinləyərək verdiyi qərarları ilə milyonlarla insanın rəğbətini qazanıb. Sosial şəbəkələrdə tez-tez yayılan görüntüləri ona “xalq hakimi” adını qazandırıb.

Kaprio 2023-cü ilin yanvarında təqaüdə çıxıb. 

2023-cü ilin dekabrında mədəaltı vəzi xərçəngi diaqnozu qoyulan hakim sonuncu dəfə müalicəsini keçən may ayında başa vurduğunu açıqlamışdı.

Kaprionun dəfn mərasimi ilə bağlı təfərrüatlar hələlik açıqlanmayıb.

Ağarza Elçinoğlu 

Seçilən
13
unikal.az

1Mənbələr