AZ

Laçın yenidən qurulur -26 avqust Laçın şəhəri günüdür

Bütün müharibələr torpağa görə başlayır (ərazi işğal etmək), bəzən qısa müddətdə başa çatır, (İran-İraq, Hindistan-Pakistan, İsrail-İran və s. müharibələri kimi) bəzən uzun çəkir (yüzillik müharibə kimi, İkinci Dünya müharibəsi kimi, ABŞ-Vyetnam müharibəsi kimi, SSRİ-Əfqanıstan müharibəsi kimi, Rusiya-Ukrayna müharibəsi kimi). Bütün ədalətsiz müharibələr lənətlənir, bəşəri dövlətlər bəşəri niyyətlərin müharibəsini dəstəkləyir.

Ermənistan əsassız ərazi idiasına görə Azərbaycana qarşı elan etmədən işğalçılıq mühari­bə­sinə başladı. Müharibə genişləndi. Ermənilər Meşəlidə, Qaradağlıda, Bağanıs Ayrımda, Başlı­beldə, Ağ­da­banda, Xocalıda faciələr törətdi, Azərbycanın ərazilərini işğal etdi. On minlərlə sakin öldü­rül­dü, yaralandı, əsir götürüldü, kəndlər, şəhərlər dağıdıldı.

1992-ci ilin 18 mayında Laçın işğal olundu. Ermənistanla Dağlıq Qarabağ arasında strateji əlaqə yaradıldı (buna Laçın dəhlizi dedilər). Bu, Ermənistanın sonrakı hərbi əməliyyatlarına olduq­ca böyük taktiki səmərə verdi. İşğaldan sonra Ermənistan bu yolla Laçının təbii sərvətlərini tala­mağa başladı, bu yolun strateji əhəmiyyətindən bəhrələnərək hücumlarını genişləndirdi. Nəticə eti­barilə Azərbay­ca­nın ərazisinin 20 faizi işğal olundu.

Atəşkəs haqqında Bişkekdə razılığa gəlinsə də atəşkəsin atəşi heç zaman kəsmədi. Ermə­nis­tan hücumlarını, həmlələrini davam etdirirdi, Azərbaycan ordusu düşmənin əməliyyatlarının qar­şısını qətiyyətlə alırdı. Azərbaycan 2020-ci ilin payızına kimi belə bir hərbi şəraitdə yaşadı...

Ermənistanın silahlı qüvvələri 2020-ci il sentyabrın 27-də də irimiqyaslı hücuma keçdi. Ordu hisslərimiz bu hücumun da qarşısını qətiyyətlə aldı, Ali Baş Komandanın döyüş əmri ilə əks-hücuma keçdi. Bu əmr İkinci Qarabağ müharibəsinin başlanması əmri oldu...

Ordu hissələrimiz döyüşə-döyüşə mövqe qələbələri qazanırdı. Düşmən döyüşə-döyüşə geri çəkilirdi. Bütün istiqamətlərdə düşmənin müdafiə sədləri dağıdıldı...

Ordumuz noyabrın 8-də Şuşanı işğaldan azad etdi. Bu qələbə İkinci Qarabağ müharibəsinin dönüşü oldu. Düşmən mənən məğlub oldu. Noyabrın 10-da üçtərəfli (Azərbaycan, Ermənistan, Ru­siya) Bəyanat imzalandı. Azərbaycanın qalibiyyət, Ermənistanın məğlubiyyət sənədi olan bu Bəyanatın şərtlərinə görə Ermənistan Kəlbəcəri, Ağdamı, Laçını döyüşsüz tərk etməli idi...

Laçın dekabrın 1-də azad edildi, 2020-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8418 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə (31 iyul 2023-cü il) 26 avqust Laçın şəhəri günü elan olundu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib ki, “Biz öz doğma tor­paq­larımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.

İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında dövlət başçımızın sərəncamları ilə böyük quruculuq işləri vüsət aldı. Laçın da yenidən qurulmağa başladı. Laçında 9 su elektrik stan­si­yası fəaliyyət göstərəcək, Kəlbəcər-Laçın avtomobil yolu tamamlanmaqdadır, yeni yolda 17 tunel olacaq, Laçında Memorial Park yaradılacaq (İşğal və Zəfər muzeyləri də daxil olmaqla), Laçında 1600-dən çox yaşayış evi tikilib və bərpa olunub, şəhərdə 626 fərdi ev, çoxmərtəbəli yaşayış binaları da tikilməkdədir, 2023-cü il avqustun 25-də Laçın rayonunda “Hoçazfilm” yardı­cı­lıq studiyasının çəkiliş pavilyonunun açılışı oldu, “Laçın Aqro-Sənaye Parkı” yaradıldı.

MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olundu. 2025-ci ilin iyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi keçirildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Laçında 7 dəfə səfərdə olub. Bu səfərlər Laçının yenidən qurulmasına nəzarət səfərləri, yeni strukturların yaradılması, bu və ya digər infrastrukturun özülünün qoyulması, istifadəyə verilməsi ilə bağlı olub.

Güləbird kəndində Azərbaycan bayrağı dalğalandırılıb (14 fevral 2021-ci il), Laçın Beynəl­xalq Hava Limanının təməli qoyulub (16 avust 2021-ci il), Laçın şəhərində Azərbaycan bayrağı ucaldılb (21 sentyabr 22-ci il), “LATİFA” Laçın Tikiş fabrikinin, Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı olub (27 may 2025-i il), Laçında Azərbaycan Prezidenti ilə Türkiyə Prezidentinin təkbətək görüşü olub (27 my 2025-ci il) , ... Bu səfərlərin hər biri ayrılıqda da, vəhdətdə də Laçın rayonunun yenidən necə qurulduğunu ifadə edir...

Laçın şəhəri gününün də başlanğııcı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsndə qazandığı tarixi Zəfərin qüdrətidir.

Səbinə Xasayeva,

Milli Məclisin deputatı

Seçilən
40
3
ikisahil.az

4Mənbələr