AZ

Azərbaycan neftinin qiyməti 69 dollara yaxınlaşır

BAKI, 21 avqust. TELEQRAF

Dünya bazarlarında ticarət əməliyyatlarının gedişində Azərbaycan neftinin qiyməti artıb.

Teleqraf xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin dəyəri 0.56 ABŞ dolları, yaxud 0.82% artaraq 68.90 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, cari ilin dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.

Seçilən
7
16
teleqraf.com

10Mənbələr