Amerikanın “İnter Mayami” klubu Liqa Kubokunun 1/4 finalında Meksikanın “Tiqres” klubu ilə qarşılaşıb.
Fanat.Az xəbər verir ki, Xavyer Maskeranonun komandası minimal üstünlüklə qələbəni bayram edib - 2:1.
Mayamililərin heyətində hər iki qolu uruqvaylı ulduz hücumçu Luis Suares vurub. Məğlub komandada isə Anxel Korrea fərqlənib.
Qeyd edək ki, 38 yaşlı argentinalı Lionel Messi zədə səbəbindən matçda iştirak etməyib.
Növbəti mərhələdə “İnter Mayami” “Toluka”ya penaltilər seriyasında qalib gələn (0:0, pen.-6:5) “Orlando” ilə qarşılaşacaq.