Şəmkirdə dönərdən kütləvi zəhərlənmə faktı qeydə alınıb.
“Qafqazinfo”nun məlumatına görə, 11 nəfər böyük və eyni sayda yeniyetmə dönərdən zəhərlənmə diaqnozu ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həmin şəxslərin vəziyyəti orta-ağırdır.
Hadisənin təfərrüatları araşdırılır.
Xatırladaq ki, Tovuzda da 4 nəfər dönərdən zəhərlənib.
"Cebheinfo.az"