AZ

Keçmiş rektor vəfat etdi

Azərbaycan Kooperasiya Universitetinin keçmiş rektoru Mahmud Quluzadə vəfat edib.

Modern.az xəbər verir ki, professor 87 yaşında dünyasını dəyişib.

O, 22 dekabr 1938-ci ildə Tovuz rayonunun Pələngli kəndində anadan olub.

1992 - 1994-cü illərdə Azərbaycan Kooperasiya Universitetinə rəhbərlik edib.

1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə dəvət alıb.

Həmin ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Sosial sferanın iqtisadiyyatı və idarəedilməsi” kafedrasında dosent vəzifəsində işləyirdi.

2017-ci ilin mayında UNEC-in Fəxri professoru adına layiq görülüb.

Seçilən
56
9
modern.az

10Mənbələr