AZ

“Real” ulduz futbolçusu ilə anlaşdı: Yeni müqavilə olacaq

“Real” ilə qapıçısı Tibo Kurtua arasında yeni müqavilə ilə bağlı danışıqlar yekun mərhələyə çatıb.

Publika.az xəbər verir ki, bu barədə insayder Saşa Tavolieri məlumat yayıb.

Bildirilir ki, tərəflər artıq şifahi razılıq əldə ediblər. Gözlənilir ki, klub yaxın həftələrdə müqavilənin uzadılması barədə rəsmi elan verəcək.

Daha əvvəl belçikalı qolkiper danışıqları təsdiqləmiş və karyerasını məhz “Real”da başa vurmaq istədiyini açıqlamışdı.

Seçilən
89
publika.az

1Mənbələr