AZ

“Arsenal” Ezenin transferinə 69 milyon avro xərcləyəcək

ain.az bildirir, sport24.az saytına əsaslanaraq.

İngilis yarımmüdafiəçi Ebereçi Eze "Kristal Pelas"dan "Arsenal"a keçir. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano X sosial media hesabında paylaşım edib.

Romanonun sözlərinə görə, sövdələşmənin şərtləri razılaşdırılıb."Topçular" 27 yaşlı Eze üçün 60 milyon funt-sterlinq (69 milyon avro) ödəyəcək.

Bir müddət əvvəl mətbuatda Ezenin eyni məbləğə "Tottenhem"ə transfer olunacağı barədə xəbərlər yayılmışdı.

Qeyd edək ki, yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 43 oyun keçirib, 14 qol vurub və 11 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
sport24.az

1Mənbələr