AZ

Türkiyənin Alanya kurortunda çirklənmə kritik həddə çatıb

Türkiyənin məşhur Alanya kurortunda Aralıq dənizinin çirklənməsi təhlükəli səviyyəyə çatıb və bu, dəniz florası və faunasına təhdid yaradır, eyni zamanda üzənlər üçün sağlamlıq riski doğurur, Yeni Alanya qəzetinə danışan Aralıq dənizi Universitetinin dosenti Güray Doğan bildirib.

Onun sözlərinə görə, suda mikrobların çoxalması səbəbindən təmas nəticəsində ürəkbulanma, qusma və qızdırma müşahidə oluna bilər.

O, problemin əsas səbəbləri kimi kənd təsərrüfatı tullantılarının dənizə axıdılması, iqlim dəyişiklikləri və turizm fəaliyyəti ilə bağlı tullantıları göstərib.

Yerlı sakinlər bildirirlər ki, dəniz ötən illə müqayisədə daha bulanıq olub, çimərliklərdə plastik tullantılar isə artıb.

Ekoloqlar tullantıların tez-tez toplanmasını, turizm və kənd təsərrüfatı sektorları üçün birgə monitorinq proqramlarının yaradılmasını və əhalinin ekoloji maarifləndirilməsini təklif edirlər.

N.Təbrizli

Seçilən
7
anews.az

1Mənbələr