AZ

Erməni nəşri Paşinyanın Türkiyə və Azərbaycandan maliyyə yardımı aldığını iddia etdi...

"Nikol Paşinyanın artsax(Qarabağ-S.L.) münaqişəsi ilə bağlı səhifəni bağlamağa haqqı yoxdur. Erməni xalqı artıq oturduğu yerdə ona dözmür, o, sadəcə olaraq, bərbad hüquqi nizam yaratmağa nail olub".
 
Moderator.az xəbər verir ki,  "Hraparak" nəşri bu haqda "HayaQue" telegram-kanalına istinadla yazırş
 
"Xalqımız müharibədən sonrakı beş ildə dəfələrlə küçələrə çıxıb. Xalqın fəal hissəsi çoxdan Paşinyanı rədd edir, onun sadəcə polis qüvvələri və qanunun “mühafizəsi” var. 2021-ci ildə təkrar seçilməsi faktından sui-istifadə edən Paşinyan Türkiyə-Azərbaycan tandemi və digər müttəfiqlərindən mütəmadi olaraq maliyyə vəsaiti alır...
Bunun nəticəsi bu yeddi ildə dövlət borcunun iki dəfə artmasıdır. Paşinyanın sponsorları onu bu yolla maliyyələşdirir və o, bu vəsaiti polisə və hüquq-mühafizə sisteminə paylayır...", - deyə erməni nəşri iddia edir.
 
S.Laçın
 
 
Seçilən
28
moderator.az

1Mənbələr