AZ

Dövriyyədə olan pul nişanlarının böyük hissəsini 100 manatlıq əskinaslardır

 Dövriyyədə olan Azərbaycan banknotlarının 60 faizdən çoxu 100 manatlıq əsginaslardır. Bu barədə maliyyə eksperti Samir Əliyev Mərkəzi Bankın məlumatlarına istinadla bildirib.

Onun sözlərinə görə, ikinci ən böyük paya 200 manatlıq əsginaslar (22%) malikdir, 500 manatlıq əsginasların payı isə cəmi 2,2%-dir.

2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə dövriyyədə 337 milyon ədəd əsginas və 657 milyon ədəd metal pul var.

Ümumi dəyərin 99,4%-ni kağız pullar, 0,6%-ni isə sikkələr təşkil edir.

Əliyev qeyd edib ki, metal pullar arasında ən böyük pay 50 qəpikliklərə (44,3%) məxsusdur. Daha sonra 20 qəpikliklər (31,1%) və 10 qəpikliklər (16,7%) gəlir.

Müasir manat 2006-cı ildən dövriyyədədir və 1 yeni manat 5 000 köhnə manata bərabərləşdirilib.

Sonuncu dəfə 1 manatlıq əsginasın dizaynı 2023-cü ildə yenilənib.

N.Təbrizli

Seçilən
1
anews.az

1Mənbələr