AZ

Premyer Liqa klubuna 3 hücumçu bəs etmir – birini də axtarırlar 

Yeni mövsümə çempionluq hədəfi ilə başlayan “Turan Tovuz”da transfer çalışmaları davam edir.

İdmanxeber.az-a verilən məlumata görə, Tovuz təmsilçisi hücum xəttini daha bir futbolçu ilə gücləndirmək istəyir. Baş məşqçi Kurban Berdiyev komandaya daha bir forvardın alınmasını tələb edib.

Hazırda heyətdə Aleks Souza, İbrahim Vadji və Jo Santos olmasına baxmayaraq, daha bir qolcu komandaya gələ bilər.

Təcrübəli mütəxəssis oyunçular arasında rəqabətin artması və heyətin geniş olması üçün bu qərarı verib. 

Transfer dönəmi bitənə qədər Tovuz klubunun daha iki futbolçu heyətinə qatacağı gözlənilir.

Seçilən
18
1
idmanxeber.az

2Mənbələr