AZ

“Gələn il seçkilərdə Ermənistanda iqtidara rusiyapərəst bir qüvvə gəlsə, Sülh Sazişimizin taleyi necə olacaq?..”- Sabiq baş diplomat

“Gələn il seçkilərdə Ermənistanda iqtidara rusiyapərəst bir qüvvə gəlsə, Sülh Sazişimizin taleyi necə olacaq?..”- Sabiq baş diplomat
 
“Referendum ərəfəsində geniş ictimai diskussiya aparılacaq və hər kəs öz sözünü deyəcək... Fürsətdir, baxaq, görək, ermənilərin əksəriyyəti Azərbaycanla sülhə hazırdırlar, yoxsa yox...”
 
“Elə Paşinyan özü də Azərbaycanla Sülh Sazişi ilə mövqeyini dəyişə bilər. Bu, son 7-8 il ərzində tez-tez baş verib. Son vaxtlar bizdə Paşinyanın, az qala, "qəhrəman" obrazını yaradırlar. Amma unudurlar ki, onun bu “qəhrəmanlığı”  “dəmir yumruq”dan sonra meydana çıxdı. Və 44 günlük müharibənin bitməsindən sonra davam edir. Ondan əvvəl isə Paşinyanda heç bir belə əlamət görməmişdik”.
 
Bu fikirləri Moderator.az-a açıqlamasında "2026-cı ilin iyun seçkilərində Ermənistanda hakimiyyətə hansısa rusiyapərəst revanşist qüvvə gəlsə və ondan öncə imzalana biləcək Sülh Sazişindən, yaxud elə həmin Sülh Bəyannaməsindən imtina etsə, nə baş verəcək?” sualını cavablandırarkən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov ifadə edib. 
 
Söhbətin davamında sabiq baş diplomat əməkdaşımızın “Hər halda rusiyapərəst və revanşistlərdən fərqli olaraq Paşinyanın davamlı olaraq sülh prosesini apardığı görünür. Görək, revanşistlər Trampın sözünə baxacaqmı...”  fikrinə belə münasibət bildirib:
 
“Düzdü, sülhə doğru gedir, amma “dəmir yumruq”dan sonra... Yenə deyirəm, davamlı sülh Ermənistanın öz Konstitusiyasını dəyişməsi ilə bağlıdır. Nə mənada? Konstitusiyanı dəyişmək üçün referendum keçirilməlidir. Referendum ərəfəsində geniş ictimai diskussiya aparılacaq və hər kəs öz sözünü deyəcək. Sonra da bu dəyişikliyə səs verən və ya verməyən Ermənistan ictimaiyyəti olacaq... Fürsətdir, baxaq, görək, ermənilərin əksəriyyəti Azərbaycanla sülhə hazırdırlar, yoxsa yox... Bizimkilərin çoxu deyir ki, biz sülhün tərfdarıyıq- Ermənistanla sülh gecikdirilmədən imzalansın, müharibə birdəfəlik bitsin... Yaxşı, biz əminikmi ki, Ermənistandakılar sülh tərəfdarıdır, yoxsa yox? Bizimki o məşhur şeirdə deyildiyi kimi alınır: sizi sevəcəyik, siz sevməsəniz də... Belə şey olmaz...
 
Yaxşı, bu gün sülhə qol çəkdik, sabah nə olacaq? Bizdə deyirlər ki, Rusiya Sülh Sazişinin imzalanmasını istəmir. Bəs Ermənistanda kim buna qarşı çıxır? Əlbəttə, ruspərəstlər. Birincisi,  bu münaqişəni kim yaradıb? Əlbəttə, Rusiya və ermənilər. İndi, baxaq görək, ermənilər bu siyasətdən imtina edirlərmi, yoxsa yox?”
 
Sultan Laçın 
 
Seçilən
79
1
moderator.az

2Mənbələr