ABŞ-ın Rod-Aylend ştatının Providens şəhərində fəaliyyət göstərmiş və “dünyanın ən ədalətli hakimi” kimi tanınan Frenk Kaprio 88 yaşında vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat mərhum hakimin rəsmi “Facebook” səhifəsində dərc edilib.
Onun ölüm səbəbi mədəaltı vəzi xərçəngi olub.
Kaprio daha çox “Providensdə yaxalananlar” (“Caught in Providence”) adlı televiziya serialı ilə tanınırdı. Verilişin kadrları sosial şəbəkələrdə, o cümlədən “TikTok”da milyonlarla baxış toplayaraq viral olub. Burada hakimin humanist yanaşması və insanlara göstərdiyi mərhəmət tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Qeyd edək ki, Kaprio 1985–2023-cü illərdə Providens Bələdiyyə Məhkəməsində hakim vəzifəsində çalışıb.
Bizim.Media