AZ

Tarixdə İLK: Qadın nüvə gəmisinin kapitanı oldu – FOTO

Tarixdə ilk dəfə rusiyalı qadın Marina Starovoytova Rusiyanın “Yamal” nüvə buzqıran gəmisinin kapitanı təyin edilib.

Bizim.Media xəbər verir ki, təyinat avqustun 20-də Nijni Novqorodda Rusiya nüvə sənayesinin 80 illiyinə həsr olunmuş konsertdə elan edilib.

Əvvəllər Marina Starovoytova “Yamal” kapitanının böyük köməkçisi vəzifəsində çalışıb. O, əmək fəaliyyətinə rus dili və ədəbiyyatı müəllimi kimi başlayıb, lakin 23 yaşında dostlarının məsləhəti ilə həyatını dənizlə bağlamaq qərarına gəlib. Altı ildən çox işlədiyi “Yamal”a gəlməzdən əvvəl Starovoytova bir neçə nüvə enerjisi ilə işləyən buzqıran gəmilərdə və ticarət gəmilərində xidmət edib. Bununla paralel olaraq dəniz mühəndisi təhsili alıb.


 

Bizim.Media

Seçilən
36
bizim.media

1Mənbələr