AZ

“Erin” qasırğasının ABŞ-ın Şimali Karolina ştatına təsir edəcəyi gözlənilir



Bir müddətdir ABŞ-ın Atlantik okeanı sahilləri ilə şimala doğru irəliləyən “Erin” qasırğasının bu gün axşam saatlarında Şimali Karolina ştatına çatacağı və xüsusilə sahilyanı ərazilərdə təsirli olacağı bildirilib.
Milli Qasırğa Mərkəzi (NHC) tropik fırtınadan qasırğaya çevrilən Erinin tədricən gücləndiyini və axşam saatlarında sürəti saatda 110 kilometr olan küləklərlə Şimali Karolina sahil xəttinə təsir edəcəyini açıqlayıb.

NHC bəyanatında qeyd edilib ki, hazırda 2 bal gücündə olan Erin ABŞ-ın şərq sahilinin böyük hissəsi boyunca çimərliklərdə "təhlükəli şərait yaratmaq qabiliyyətini" artıraraq "qeyri-adi" geniş əraziyə malikdir.

Açıqlamada həmçinin, 2025-ci ilin ilk qasırğası olan Erin qasırğasının quruya enmədən əvvəl irəliləyişini davam etdirməsinin və ABŞ və Kanadanın şərq sahillərində təhlükəli dalğalar və cərəyanlar yaradacağı gözlənilir.

Ölkənin Atlantik sahilləri boyunca sürətlə irəliləyən qasırğanın bu gün axşam saatlarında 3-cü kateqoriya intensivliyi ilə materikə çatacağı gözlənilir.

Şimali Karolinada qasırğa ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
“Erin” qasırğasının ABŞ materikini qarşılayacağı ilk nöqtə olan Şimali Karolinada geniş ehtiyat tədbirləri çərçivəsində fövqəladə vəziyyət elan edilib.

Dövlət rəsmiləri dalğaların bu gün 7 metrə çatacağı gözlənilən Outer Banks bölgəsinin sakinləri üçün evakuasiya əmri verib.

Səlahiyyətlilər, qasırğanın yaxınlaşması səbəbindən ştatın Atlantik sahilləri boyunca su altında qalan "onlarla" insanın xilas edilməsi üçün bu həftə əməliyyat aparıldığı barədə məlumat paylaşıb və insanlara dənizdən uzaq durmaq barədə xəbərdarlıq edib.

Bu arada Şimali Karolina ştatının qubernatoru Coş Steyn bu səhər keçirdiyi mətbuat konfransında bildirib ki, üç sürətli su xilasetmə qrupu, 200 Milli Qvardiya əsgəri, yüksək hündürlükdə olan maşınlar, xilasedici təyyarələr və nəqliyyat vertolyotları əyalətin sahil zonası boyunca müxtəlif yerlərə yerləşdirilməyə hazırdır.

NHC, şənbə günü Erin qasırğasının Atlantik okeanı üzərində güclü tufana çevrildiyini açıqladı.

Erin 24 saat ərzində 1-ci kateqoriyadan 5-ci kateqoriyaya qədər gücləndi və bu, Atlantik okeanında qeydə alınan ən sürətli fırtınalardan birinə çevrildi.

NHC xəbərdar etdi ki, qasırğa Baham adaları, ABŞ-ın şərq sahillərinin çox hissəsi və Kanadanın Atlantik sahilləri boyunca təhlükəli dalğalar və cərəyanlar yaradacaq.

aia.az
Tərcümə şöbəsi



Seçilən
35
aia.az

1Mənbələr