AZ

SOCAR ın yeni rəhbərliyindən Rövnəq Abdullayevə daha bir zərbə Ailə üzvünə məxsus bankı niyə çökdürülür?

Mia.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

""Socar Petroleum"QSC partnyor bankını dəyişib. Sözügedən QSC-nin yanacaq doldurma məntəqələrində (YDM) "RabitəBank"ın POS terminalları ləğv edilib.

Mia.az Kommersant.az-a istiandla xəbər verir ki, bu barədə QSC-dən məlumat verilib.

Bildirilib ki, ölkə daxilində 45 YDM-i olan SOCAR əvvəllər "RabitəBank"ın POS terminallarından istifadə edirdi. Hazırda isə bu terminallar "Pasha Bank" və "Kapital Bank"-ın POSları ilə əvəz edilib.

Qeyd edək ki, "RabitəBank" nəhəng şirkətin ödəniş dövriyəsini itirdiyi üçün POS əməliyyatlarındakı bazar payında geriləməsi qaçınılmazdır.

Mia.az onu da xatırladır ki, az əvvəl bəzi hüquqi şəxslər tərəfindən “Rabitəbank” ASC-yə yerləşdirilən depozitlərin geri çəkilməsi barədə dövü mətbuatda məlumat yayılmışdı.

Həmin vaxtı Yeniavaz.com yazmışdı ki, 2024-cü ilin ilk yarısı ilə müqayisədə 2025-ci ilin ilk yarısında hüquqi şəxslərin “Rabitəbank”dakı depozitləri 11,7% və ya 25,3 milyon manat azalıb.

Məlumata əsasən, hüquqi şəxslərin depozitləri ilə yanaşı, “Rabitəbank”ın xalis mənfəəti də kəskin azalıb. Belə ki, ötən ilin ilk yarısının yekununda 10,6 milyon manat xalis mənfəəti olan bank, bu ilin ilk yarısında 6,8 milyon manat xalis mənfəət əldə edib.

Onu da qeyd edək ki, “Rabitəbank”ın problemli kreditlərində də artım müşahidə olunub. Ötən ilin ikinci rübünün yekununda bankın ümumi kredit portfelində vaxtında qaytarılmayan kreditlərin – problemli kreditlərin xüsusi çəkisi 3,6% (27,3 milyon manat) təşkil etdiyi halda, bu ilin ikinci rübündə bu göstərici 4%-ə (36 milyon manat) yüksəlib. Bu göstərici ölkə üzrə qeydə alınan orta göstəricidən dəfələrlə yüksəkdir. Mərkəzi Bankın 2025-ci ilin iyun ayının əvvəlinə olan məlumatına əsasən, bank sektorunda vaxtı keçmiş kreditlərin ümumi kredit portfelindəki payı 1,7% təşkil edib.

Məlumat üçün onu bildirək ki, “Rabitəbank” ASC-nin səhmlərinin 40,6%-i Rauf Əliyevə, 34,64%-i Validə Abbasovaya, 14,44%-i Zakir Nuriyevə, 9,11%-i Dilarə Nuriyevaya, 1,07%-i Aslan Xasıyevə, 0,14%-i isə digər səhmdarlara məxsusdur.

Xatırladaq ki, bankın əsas səhmdarı olan Rauf Əliyev Dövlət Neft Şirkətinin (SOCAR) sabiq prezidenti, hazırda iqtisadiyyat nazirinin müavini olan Rövnəq Abdullayevin kürəkənidir.

Mia.az xəbər verir ki, bəzi iddialara görə, adıçəkilən bankın məhz Rövnəq Abdullayev SOCAR prezidenti vəzifəsidən azad olunmasından sonra tədricən çökdürülmə prosesinin başlandığı deyilir. Elə SOCAR-ın yeni rəhbərliyinin "RabitəBank"ın POS terminallarını ləğv etməsini də bu kontekstdən izah etmək məntiqli görünür.

Yeri gəlmişkən, SOCAR bu yaxınlarda "Azərtürkbank"ı satın alıb, hətta SOCAR-ın iki-vitse-prezidenti bu bankın Müşahidə Şurasının üzvləri təyin olunublar.

Maraqlıdır, "RabitəBank"ın POS terminallarını ləğv edən SOCAR-ın rəhbərliyi  niyə öz bankını qoyub özgə bankların - "Pasha Bank" və "Kapital Bank"-ın xidmətinə ehtiyac duyub ki...

Mpvzuya qayıdacağıq.

Samir Musayev

mia.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
3
mia.az

6Mənbələr