Finss.az xəbər verir ki, ölkənin ən böyük elektrik avtomobil istehsalçılarından biri olan Çinli XPeng 2025-ci ilin ikinci rübündə xalis itkisini 2,7 dəfə azaldıb, gəlirini 2,3 dəfə artırıb.
Şirkətin maliyyə hesabatlarında bildirildiyi kimi, aprel-iyun aylarında onun xalis zərəri ötən ilin eyni dövründəki 1,28 milyard yuanla müqayisədə 477,8 milyon yuan (66,7 milyon dollar) təşkil edib. Bir adi səhmə düşən itki 0,25 yuan (0,04 dollar), Amerika depozitar səhmi (ADS) üzrə 0,5 yuan (0,07 dollar) təşkil edib.
Gəlir bir il əvvəlki 8,11 milyard yuandan 18,27 milyard yuana (2,55 milyard dollar) yüksəldi. O cümlədən avtomobil satışından əldə edilən gəlir 2,5 dəfə artaraq 16,88 milyard yuana çatıb.
LSEG-in məlumatına görə, analitiklər orta hesabla şirkətin gəlirini 18,52 milyard yuan səviyyəsində qiymətləndiriblər.