Futbol üzrə Azərbaycan milli komandasının kapitanı Sevinc Cəfərzadə "Krasnodar" ilə vidalaşıb.
Offsideplus.az xəbər verir ki, tərəflər arasında müqaviləyə razılıq əsasında xitam verilib. Bu barədə S.Cəfərzadə sosial şəbəkə hesabında paylaşım edib:
"Bildiyiz kimi 5 ilə yaxındır ki, mən "Krasnodar"ın oyunçusu, klubun bir üzvü idim. Bu gün bildirmək istərdim ki, klubla qarşılıqlı razılıq əsasında müqaviləmə xitam verib, ayrıldım. Kluba, məşqçilərimə, rəhbərliyimə, komanda yoldaşlarıma, bir sözlə hər kəsə öz təşəkkürümü bildirirəm. "Krasnodar" komandası dail qəlbimdə yaşayacaq. O klub mənim karyeramın ən gözəl parçalarından biridir və bu həmişə belə qalacaq. Sevginiz, dəstəyiniz, hörmətiniz üçün əziz "Krasnodar" ailəsinə təşəkkür edirəm. Çox sağ ol, "Krasnodar!", deyə o, bildirib.