20.08.2025-ci il tarixində saat 18:30 radələrindən başlayaraq zəhərlənmə şübhəsilə 20 nəfər (7-si kişi cinsli, 13-ü qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə "Report"un Qərb bürosuna TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlardan 9-u azyaşlıdır. Müraciət edənlərin hər birinə zəruri tibbi xidmət göstərilib. 15 nəfər ambulator müalicə üçün evə buraxılıb. 5 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
2025-0a8-21 01:04
Şəmkirdə qidadan zəhərlənən 20 nəfərin adları məlum olub.
"Report"un Qərb bürosu dönərdən zəhərləndiyi ehtimal olunan şəxslərin adlarını təqdim edir:
1991-ci il təvəllüdlü V. Hüseynov
2019-cu il təvəllüdlü D. Bayramlı
2014-cü il təvəllüdlü X. Abbasova
1987-ci il təvəllüdlü G. Babayeva
2020-ci il təvəllüdlü Ö. Abbasov
2011-ci il təvəllüdlü Ş. Babayeva
2013-cü il təvəllüdlü Q. Babayev
2016-cı il təvəllüdlü H. İsmayılov
2022-ci il təvəllüdlü A. Hüseynova
2005-ci il təvəllüdlü N. Nağıyeva
2002-ci il təvəllüdlü A. Muradov
2019-cu il təvəllüdlü S. İsmayılov
1978-ci il təvəllüdlü E. Muradova
2020-ci il təvəllüdlü A. Qurbanova
1986-cı il təvəllüdlü G. İsmayılova
1998-ci il təvəllüdlü A. Vəlizadə
1996-cı il təvəllüdlü T. Süleymanova
1975-ci il təvəllüdlü R. Əhmədova
1986-cı il təvəllüdlü G. Bayramlı
1996-cı il təvəllüdlü N. Süleymanlı
2025-08-20 23:49
Şəmkirdə qidadan kütləvi zəhərlənmə baş verib.
Rayon ərazisində 20 nəfərə yaxın şəxs qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onların dönərdən zəhərləndiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.