AZ

Boşandıqdan sonra yenidən eyni layihədə

Aktrisa Ülviyyə Xalinbəyova ilə aktyor Murad İsmayıl ayrıldıqdan sonra yenidən eyni layihədə rol alıb.
ONN media xəbər verir ki, illər əvvəl eyni serialda çəkilən keçmiş cütlük yenidən "Kürəkən vs Qayınata" adlı filmdə birgə çəkiliblər.
Qeyd edək ki, cütlük "Vicdan haqqı" serialına çəkilən zaman tanış olublar. 2018-ci ildə ailə quran Muradla Ülviyyənin iki oğlu var. Ülviyyə ilə Murad ötən il boşanıb.
Onlar ayrıldıqdan sonra "Əlvida xoşbəxtlik" serialında tərəf müqabili olub.

Seçilən
27
7
onn.az

8Mənbələr