AZ

Rusiyadan sərhədimizdə sensasion əməliyyat: məxfi sənədlər ələ keçirildi

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiya Federal Təhlükəsizlik Xidməti Dağıstanda Azərbaycanla sərhəddə Ukrayna xüsusi xidmət orqanlarına işləyən əcnəbinin saxlanıldığını açıqlayıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti”nin məlumatında qeyd olunur.

İddialara görə, həmin şəxs Rusiya hərbi-sənaye kompleksinin əməkdaşından oğurlanmış məxfi sənədləri qaçırmağa çalışıb. Sözügedən sənədlərdə Rusiyaya hücum üçün imkan yaradan məlumatların olduğu bildirilib.

Saxlanılan şəxsin  1989-cü il təvəllüdlü Ukrayna vətəndaşı olduğu deyilir. Onun böyük qardaşından aldığı təlimatla bu addımı atdığı bildirilir.

Qeyd edək ki, son zamanlarda Rusiya ilə müşahidə olunan gərginlik fonunda bu ölkədə Azərbaycan adına qarayaxma kampaniyaları aparılır. Efirlərdə ölkəmiz hədəf alınır, uydurma məlumat və ittihamlar səsləndirilir. Dağıstanda əməliyyatın məhz Azərbaycanla sərhəddə keçirilməsinin vurğulanması da bu addımlardan biri kimi dəyərləndirilir.

Əliyar Xəlil

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
49
4
globalinfo.az

10Mənbələr