Ötən mövsümü “Karvan”da keçirən müdafiəçi Peyman Keşavarz karyerasını Omanda davam etdirəcək.
İdmanxeber.az xəbər verir ki, iranlı futbolçu “Saham” klubu ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Keşavarz daha əvvəl “Sumqayıt”, “Səbail” və “Kəpəz”də də çıxış edib.