AZ

Azərbaycan sərhədində əməliyyat: Rufullayev saxlanıldı

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Rusiya hərbi-sənaye kompleksinə dair sənədləri Rusiyadan çıxarmağa cəhd edən Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşını saxlayıblar.

Axar.az xəbər verir ki, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.

“Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Dağıstan Respublikasının Yaraq-Qazmalar avtomobil buraxılış məntəqəsində Rusiya-Azərbaycan dövlət sərhədini keçərkən Ukrayna Təhlükəsizlik Xidməti ilə əməkdaşlığa cəlb edilmiş xarici ölkə vətəndaşı, 1989-cu il təvəllüdlü Rufullayev Yadulla Ramiz oğlunu saxlayıb. O, Rusiya hərbi-sənaye kompleksinin rəsmi materiallarını Rusiya ərazisindən çıxarılması əməliyyatını həyata keçirirdi. Saxlanılan şəxs etiraf edib ki, Ukraynada yaşayan və Ukrayna Təhlükəsizlik Xidmətinin casusu olan qardaşı, 1981-ci il təvəllüdlü Rufullayev Səbuhi Ramiz oğlunun göstərişi ilə Ukraynaya göndərmək üçün Kurqan vilayətində gizlətdiyi yerdən sənədləri və mobil telefonu götürüb”, - məlumatda qeyd olunub.

Seçilən
51
2
axar.az

10Mənbələr