AZ

BŞTİ: MİDA-da yerləşən yeni bağçanın fəaliyyətə başlaması üçün prosedurlar tamamlanıb

MİDA Yasamal Yaşayış Kompleksində yerləşən və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) yeni təhvil aldığı 351 nömrəli körpələr evi-uşaq bağçasının müvafiq qaydalara uyğun olaraq fəaliyyətə başlaması üçün zəruri prosedurlar tamamlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə BŞTİ-dən məlumat verilib.

Qeyd olunub ki, valideynlər bu gün saat 11:00-dan etibarən www.bq.edu.az elektron qeydiyyat sistemi vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Həmçinin vurğulanıb ki, həmin ərazidə 345 nömrəli körpələr evi-uşaq bağçası da fəaliyyət göstərir. Məktəbəqədər təhsil müəssisələrinin infrastrukturunun yenilənməsi və şəbəkəsinin genişləndirilməsi baxımından davamlı tədbirlər, sosial inkişafa xidmət edən proqramlar həyata keçirilir.

Xatırladaq ki, ərazidə yaşayan sakinlər 2 ilə yaxındır təmir olunan bağçanın fəaliyyətə başlamaması ilə bağlı sosial şəbəkədə görüntülər paylaşıblar. (Report)

Seçilən
17
1
ikisahil.az

9Mənbələr