AZ

“Başqa şeylər fikirləşmək istəmirəm, səbr etmək lazım idi”

“Qarabağ”ın hücumçusu Musa Qurbanlı Çempionlar Liqasının təsnifat mərhələsinin pley-off mərhələsi çərçivəsində Budapeştdə Macarıstanın “Ferensvaroş” klubu ilə keçirdikləri ilk oyunu (1:3) şərh edib.

Sportinfo.az xəbər verir ki, “CBC Sport”a danışan Qurbanlı bunları deyib:

“Qələbə qazandığımıza görə şadıq. Amma tam sevinə bilmirik.

Daha bir oyun var. Bütün fikirlər bir həftə sonra Bakıda keçiriləcək cavab oyunundadır.

Biz qələbə qazanmaq və Azərbaycan futboluna yeni tarix yazmaq istəyirik. Şadam ki, ümumi qələbəyə öz töhfəmi vermişəm.

Hər zaman öz üzərimdə çalışmışam və bundan sonra da çalışacam. Bu cür vacib oyunda komandama kömək etdiyim üçün sevincliyəm.

Başqa şeylər fikirləşmək istəmirəm. İndiyə qədər də məşqlərdə çox çalışmışam.

Sadəcə səbir etmək lazım idi. Bundan sonra da eyni qaydada olacaq. Daha da çox çalışacam".

Qurbanlı Budapeştdəki görüşdə komandasının 3-cü qolunun müəllifi oldu.

Seçilən
13
sportinfo.az

1Mənbələr