Marina Starovoitova Rusiyada “Yamal” nüvə buzqıran gəmisinin kapitanı təyin edilib.
Referans xəbər verir ki, təyinat Rusiya nüvə sənayesinin 80 illiyinə həsr olunmuş konsert zamanı açıqlanıb.
Məlumata görə, o, təyinatdan öncə gəmidə baş köməkçi vəzifəsini yerinə yetirib. Kapitan döş nişanını ona səhnədə “Atomflot” təşkilatının fəxri prezidenti, uzaqmənzilli gəmilərin kapitanı Aleksandr Barinov təqdim edib. M.Starovoitova 20 ildən çoxdur dənizdə çalışır.
Sözügedən təyinat Rusiya və dünya mediasında böyük maraqla qarşılanıb. Marina Rusiyada nüvə buzqıran gəmisinin kapitanı olan ilk qadındır./Globalinfo.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta