AZ

Tələbələrə geyim qadağası: geyim azadlığı sona çatır?

Son günlər sosial şəbəkələrdə universitetlərdə tələbələrin geyim tərzi ilə bağlı müzakirələr gündəmə gəlib. Paylaşımlarda qeyd olunur ki, bəzən tələbələrin geyim seçimlərində həddi aşan hallara rast gəlinir. Bu isə cəmiyyətdə “məktəblərdə olduğu kimi universitetlərdə də müəyyən geyim standartları tətbiq olunmalıdırmı?” sualını ortaya çıxarıb. Eyni zamanda belə bir yanaşmanın sosial bərabərsizliyin qarşısını alıb-almayacağı məsələsi də mübahisə mövzusu olub.

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil jurnalisti Məzahir Məmmədli bildirib ki ötən tədris ilində Azərbaycandakı bir neçə universitetdə bu kimi hallar müşahidə olunub:

166375

 "Kiminsə saçına, kiminsə saqqalına, digərlərinin isə geyiminə görə təzyiqlərlə üzləşdikləri hallara rast gəlinmişdi. Halbuki tələbələrin geyim tərzini və libaslarını tənzimləyən hər hansı xüsusi təlimat və ya qadağa mövcud deyil".

Bu məhdudiyyət ədalətsizlik olar

"Doğrudur, universitetlərin daxili intizam qaydaları var və bəzi hallarda həmin qaydalara əsasən müəyyən məhdudiyyətlər tətbiq oluna bilər. Amma bu məsələnin orta məktəblərdə olduğu kimi universitetlərdə də eyni qaydada tətbiqi ədalətli sayıla bilməz. Çünki beynəlxalq konvensiyalar və Azərbaycanın qoşulduğu Bolonya sistemi belə bir məhdudiyyət nəzərdə tutmur.

Belə bir yanaşma hüquqların məhdudlaşdırılması kimi qiymətləndirilə bilər. Bu səbəbdən düşünmürəm ki, universitetlər orta məktəblərdə olduğu kimi tələbə və ya müəllimlərə bu cür tələblər tətbiq edə bilsinlər".

Seçilən
7
azedu.az

1Mənbələr