AZ

ABŞ Ordusunun “Black Hawk” helikopterləri modernləşdiriləcək

“Sikorsky” şirkəti (“Lockheed Martin”in tərkibinə daxildir) ABŞ Ordusunun “Black Hawk” helikopterlərini modernləşdirəcək.

“Poliqon” “Lockheed Martin”ə istinadən xəbər verir ki, bunun üçün “Sikorsky” şirkəti ABŞ Ordusu tərəfindən ilkin olaraq 43 milyon dollarlıq müqaviləyə layiq görülüb.

Bu müqavilə helikopterin korpusunun təkmilləşdirilməsi və pilotsuz uçuş aparatlarının (PUA) sürətli inteqrasiyasına imkan verəcək rəqəmsal əsaslı qabiliyyətlərin əlavə olunmasına yönələcək.

Müqavilə həmçinin model əsaslı sistem mühəndisliyi vasitəsilə tələblərin və arxitekturanın işlənib hazırlanmasını da əhatə edir.

Seçilən
17
poliqon.az

1Mənbələr