AZ

Komanda yoldaşı ilə dalaşdı, satışa çıxarıldı

“Marsel”in yarımmüdafiəçisi Adrien Rabio karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Əl-İttihad”ın baş məşqçisi Loran Blan 30 yaşlı fransızı komandasında görmək istəyir. Onlar əvvəllər PSJ-də birlikdə çalışıblar.

Şənbə günü, avqustun 16-da “Renn”ə məğlubiyyətdən sonra soyunub-geyinmə otağında Rabiotla komanda yoldaşı Conatan Rou arasında münaqişə yaranıb. Klub rəhbərliyi hər iki futbolçunu əsas komandadan uzaqlaşdırıb, daha sonra transferə çıxarıb.

2024/25 mövsümündə Rabiot bütün yarışlarda 31 matçda iştirak edib, 10 qol vurub və 6 məhsuldar ötürmə edib.

Seçilən
12
idmanxeber.az

1Mənbələr