AZ

Generalın yerinə Ülvi Zülfüqarov rəis təyin edildi

ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dövlət Gömrük Komitəsində yeni təyinat olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, gömrük xidməti polkovniki Ülvi Zülfüqarov Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi təyin edilib.

Ü.Zülfüqarov 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 2016-cı ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, bundan əvvəl həmin vəzifədə gömrük xidməti general-mayoru Güloğlan Muradlı olub. G.Muradlı Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2025-ci il tarixli müvafiq Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib.

Anar Kəlbiyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
30
unikal.az

10Mənbələr