AZ

Hövsanda qətl: Şübhəli qismində saxlanılan var

ain.az bildirir, Yenisabah portalına istinadən.

Hövsanda 1994-cü il təvəllüdlü Rasim Lariyonovun öldürülməsi ilə bağlı cinayət işi başlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

İlkin araşdırmalarla 1975-ci il təvəllüdlü Emil Hüseynovun aralarında baş vermiş mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rasim Lariyonovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. pizza hut

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Hüseynov iş üzrə şübhəli şəxs qismində tutulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
16
yenisabah.az

10Mənbələr