AZ

Dəriyə zərər, beyinə təhlükə – sızanaqların gizli riski

Sızanaqlar əksər hallarda kosmetik narahatlıq kimi qəbul edilsə də, həm sağlamlıq, həm də psixologiya baxımından ciddi nəticələr doğura bilər.

Yenisabah.az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, bəzən adi görünən bir sızanağın sıxılması insan həyatı üçün təhlükə yarada bilər.

Sızanaqlar yalnız tibbi problem deyil, həm də psixoloji yük yaradır. Araşdırmalara görə, üzündə sızanaq olan şəxslərin: Toyuqlu pizza

Özünəinamı zəifləyir,

Sosial münasibətlərində çətinliklər yaranır,

Stress və depressiya riski artır

Bəzi gənclər güzgüyə baxmaqdan çəkinir, ictimai yerlərdə özlərini narahat hiss edir və foto çəkdirmək istəmir. Bu isə zamanla sosial təcridə səbəb ola bilər.

Müalicə və gündəlik qulluq

Dermatoloqlar sızanaqlarla mübarizədə ən önəmli addımın həkim nəzarəti olduğunu vurğulayır. Ev şəraitində sızanaqları sıxmaq əvəzinə, dermatoloqa müraciət edilməlidir.

Gündəlik qulluq üçün tövsiyələr:

Üzü hər gün yumşaq təmizləyicilərlə yumaq, sabunlardan çox istifadə etməmək;

Yağlı, qızardılmış və çox şəkərli qidaları azaltmaq;

Bol su içmək və meyvə-tərəvəz qəbulunu artırmaq;

Yastıq üzlərini tez-tez dəyişmək, dəriyə əl ilə toxunmamaq;

Stressi idarə etmək – çünki psixoloji gərginlik də sızanaqları artırır.

Qeyd edək ki, sadə görünən bir sızanaq həm dəri sağlamlığı, həm psixoloji durum, həm də həyati risk baxımından ciddi fəsadlara yol aça bilər.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
14
yenisabah.az

1Mənbələr