AZ

Naxçıvan Bakı reysində yenidən bilet problemi yaşanır Sərnişinlər günlərlə hava limanında gecələməli olurlar + VİDEO

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Naxçıvan Hava Limanından Bakı istiqamətində uçuşlara bilet satışında yenidən problemlər yaşanır.

Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, AZAL tərəfindən kifayət qədər reys ayrılmaması ucbatından sərnişinlər günlərlə hava limanında gözləməli olurlar.

Bundan ən çox əziyyət çəkənlər isə əsgər görüşünə gələnlər, eləcə də yaşlı valideyni və ya azyaşlı övladı ilə birlikdə səfər edənlərdir. 

Bundan əlavə, bəzi hallarda biletlər rəsmi dəyərindən artıq qiymətə təklif olunur ki, bu da sərnişinlərin narazılığına səbəb olur.

Bakıya qayıtmaq istəyənlər Naxçıvan aeroportunda günlərlə gözlədilirlər

AZAL kifatəy qədər təyyatə ayırmadığından Naxçıvan Hava Limanında yenidən sıxlıq yaranıb. Bu vəziyyətdən ən çox əziyyət çəkənlər isə, əsasən əsgər görüşünə gələnlərdir. Qalacaq yerləri olmadığından, onlar geri qayıtmaq üçün günlərlə aeroportda gecələməli olurlar.

Bakıya uçmaq istətən yerli sakinlər də günlərlə bilet növbəsində gözləməli olurlar.

Posted by Gündəlik Naxçıvan on Wednesday, August 20, 2025

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
78
azpolitika.info

1Mənbələr