“Sabah” klubu yeni müqaviləni açıqlayıb.
Offsideplus.az xəbər verir ki, "bayquşlar" U18 yığmamızın üzvü Hüseyn Qaflanovla 2+1 illik müqavilə imzalayıb. 2008 təvəllüdlü basketbolçu 210 sm boya malikdir.
Qeyd edək ki, Hüseyn Qaflanov Azərbaycan Basketbol Federasiyasının dəstəyi ilə bir müddət Litvanın Vilnüs şəhərində yerləşən NBA məktəbində peşəkar məşqçilərin rəhbərliyi altında hazırlıq keçib. O eyni zamanda bir il müddətində ABŞ-nin Cənubi Kaliforniya Akademiyasında təhsil alıb.