AZ

Sabunçuda narkotik vasitənin təsiri altında qəza törədən sürücü həbs edilib

Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ə. Əhmədov küçəsində “Kia” markalı, 77-NE-095 dövlət qeydiyyat nişanlı maşının sürücüsü Emil Xəlilov idarəetməni itirib və həmin nəqliyyat vasitəsi “Hyundai” markalı, 99-NV-112 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin DYP Şöbəsinin əməkdaşları tərəfindən sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı E. Xəlilovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə E. Xəlilov 30 gün inzibati qaydada həbs edilib.

Seçilən
59
23
ikisahil.az

10Mənbələr