AZ

"Sabah"da 17 yaşlı basketbolçu

“Sabah” U-18 Azərbaycan millisinin basketbolçusu Hüseyn Qaflanovla heyətini gücləndirib.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Bayquş"lar 210 sm boya malik 17 yaşlı oyunçu ilə 2+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Hüseyn Qaflanov Azərbaycan Basketbol Federasiyasının dəstəyi ilə bir müddət Litvanın Vilnüs şəhərində yerləşən "NBA School"da peşəkar məşqçilərin rəhbərliyi altında hazırlıq keçib. O eyni zamanda bir il müddətində ABŞ-nin Cənubi Kaliforniya Akademiyasında təhsil alıb.

İdman.biz

Seçilən
73
2
idman.biz

3Mənbələr