AZ

78 yaşlı Əməkdar artistin yeni fotosu yayıldı

Əməkdar artist Suğra Bağırzadə yeni fotosu ilə diqqət çəkib. 

BAKU.WS xəbər verir ki, kinomuzun "Yetəri"nin uzun müddətdən sonra sosial şəbəkədə fotosu yayılıb. 

Aktrisanın şəklini tanınmış həkim Cahid Şahbazov instaqram hesabında paylaşıb. 

Suğra Bağırzadənin 78 yaşı olamsına baxmayaraq o  hər zaman gənc görünüşü ilə müzakirələrə səbəb olur.

Xatırladaq ki, Əməkdar artist mətbuata açıqlamasında formada qalma sirrini bölüşüb.

"Bizdə genetikdir. Anam 83 yaşında vəfat etdi, amma üzü hamar idi. Hər gün evdə idman edirəm, ayaqla gəzirəm. Normal qidalanıram, amma az yeyirəm. Şirniyyat xoşlamıram. Mədəni necə öyrədirsənsə, elə tələb edir" - deyə Suğra Bağırzadə qeyd edib. 

Seçilən
24
1
far.az

2Mənbələr